Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edildi
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
BEY.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Nihad Rəsul oğlu Məhəmmədzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |