Türkiyə sərhədində strateji uğur – Ordu irəliləyir
Suriya Milli Ordusu yeni əraziləri nəzarət altına alıb.
BEY.AZ xəbər verir ki, müxaliflər “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində strateji əhəmiyyətli Minniq hava limanını ələ keçirib. Məlumata görə, Türkiyədən 13 kilometr aralıda olması ilə strateji əhəmiyyət kəsb edən hava limanı 2016-cı ildə terror təşkilatı PKK/YPG tərəfindən işğal edilmişdi. Bildirilir ki, Rusiya və İran hava limanından qərargah kimi istifadə edir və buradan hərbi ləvazimatlar paylayırdılar. Həmçinin terror təşkilatı bu ərazidə təlimlər keçərək, “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı bölgələrini hədəf alırdı.
Qeyd edək ki, Suriya Milli Ordusu terror təşkilatı PKK/YPG-nin Tel Rıfat ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq planına qarşı hərbi əməliyyat başladıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |