Rusiya donanmanı hərəkətə keçirdi
Suriyanın şimalında Rusiyanın dəstəklədiyi Prezident Bəşər Əsəd rejiminə qarşı əməliyyatlar aparılarkən, Moskvanın Aralıq dənizindəki həmləsi diqqət çəkib.
BEY.AZ xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Aralıq dənizində yüksək dəqiqlikli raketlərlə təlimlər keçirdiyini bildirib. Açıqlamaya görə, Rusiya Hərbi Dəniz Qüvvələri bölmələrin hazırlığı çərçivəsində Aralıq dənizinin şimal hissəsində təlim keçirib. Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Aleksandr Moiseyevin rəhbərliyi ilə keçirilən təlimdə 1000-dən çox əsgər, 10 gəmi və 24 təyyarə, o cümlədən “Miq-31” təyyarəsi iştirak edib.
Təlim çərçivəsində dənizdən və havadan yüksək dəqiqliyə malik “Kalibr”, hipersəsli “Tsirkon” raketi və “Onisk” qanadlı raketi atılıb və müəyyən edilmiş şərti hədəflər vurulub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |