Milli Məclisin iclası ləğv olundu
Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.
BEY.AZ Modern.az-a istinadən xəbər verir ki, buna səbəb dekabrın 3-də keçirilən iclasda gündəliyə çıxarılan bütün məsələlərin – büdcə zərfinə daxil olan sənədlərin və digər qanunlara əlavə və dəyişikliklər layihəsinin ikinci oxunuşdan keçməsi olub.
Parlamentin növbəti plenar iclasının vaxtı hələ müəyyən olunmayıb. Növbəti iclasda büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşa çıxarılacağı gözlənilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |