Təndir sənətkarlığı və çörəkbişirmə üsulu UNESCO siyahısına salındı
Paraqvayın paytaxtı Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabr elan edilib.
Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |