Bakıda it sahibini parçalayıb öldürdü
Bakıda it öz sahibini parçalayaraq öldürüb.
BEY.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y saxladığı “Alabay” cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |