Partlayışın şokundan öldü
Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazində yaşayış binasında dekabrın 3-də baş verən partlayış zamanı hadisənin qeydə alındığı mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.
İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |