“Qalatasaray”a Salahla bağlı müjdə – “Real” və “Barselona” da var
PSJ “Qalatasaray”ın transfer siyahısında yer alan Muhammed Salahı transfer etməkdə maraqlı deyil.
BEY.AZ xəbər verir ki, bu barədə klubun prezidenti Əl-Xelaifi açıqlama verib. O, Salahla bağlı transfer iddialarını təkzib edib. Türkiyə mediasının məlumatına görə, bu, “Qalatasaray”ın transferdə mövqeyini daha da gücləndirib. Məlumata görə, “Qalatasaray” “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq Salahı transfer etməyə səy göstərir. İddia edilir ki, Salah müqaviləsinin müddətini artırmayacaq və o, klubdan ayrılmaq istəyir. Salahla Səudiyyə Ərəbistanı klublarının, “Real Madrid” və “Barselona”nın da maraqlandığı irəli sürülür.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |