Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gündən Bakının Yasamal rayonunun, sabahdan isə Xəzər rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, Tbilisi prospektində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə prospektin bir hissəsinin, “Şakir” MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, “Aztelecom”, “Azercell”, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Sabah isə saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsinin Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |