fbpx

Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur

Rüya Yorumları burda


Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur.

BEY.AZ xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyində torpaqlarını işğaldan azad edib:

“Azərbaycanda sabah baş tutacaq Qərbi Azərbaycan İcmasının tədbirinə qatılmaq üçün gəlmişəm. Bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilməkdən qürur duydum. Milli Məclis üzvləri ilə də görüşməkdən çox şad oldum. Bütün bunlar göstərir ki, biz xoş gündə də, dar gündə də birlikdəyik”.

M.Çavuşoğlu daha sonra Azərbaycan-Ermənistan sülh danışıqlarından söz açaraq müsbət nəticələrin əldə ediləcəyinə inamını vurğulayıb:

Rüya tabirlerini burdan oku

“Müzakirələr davam edir və müsbət nəticələrə inanırıq. Ermənistanın Azərbaycanın xoşniyyətli təkliflərinə müsbət cavab verməlidir”.

Millət vəkili yurd-yuvalarından didərgin düşmüş Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu qeyd edib:

“Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır”.

M.Çavuşoğlu Cənubi Qafqazın enerji baxımından rolunun artmasına da diqqət çəkib:

“Bölgənin enerji və digər bir sıra məsələlərlə bağlı rolu artır və bu da əməkdaşlıq imkanlarını daha da genişləndirir. UİD-in yarandığı gündən qət etdiyi yol olduqca təqdirəlayiqdir. Birlik olduğu yerlərdə türk icmaları üçün böyük işlər həyata keçirib, həmçinin azərbaycanlılarla üçün də xidmət göstərib. Hazırda diqqətdə olan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarının hüquqlarının müdafiə edilməsinə daha çox dəstək göstərməkdir ki, bu istiqamətdə UİD-nin işlərinin genişlənəcəyinə inanırıq”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışı zamanı Beynəlxalq Demokratlar Birliyinin Bakı bürosunun əhəmiyyətli işlər həyata keçirəcəyinə böyük inam bəslədiyini bildirib:

“Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən və iş dünyasını təmsil edən Azərbaycan-Türk İş Adamları Birliyi və MÜSİAD Azərbaycanın da olduğu bir yerdə UİD Azərbaycanın Bakıda yeni bir komanda ilə fəaliyyətə başlaması mühüm addımdır. Türkiyənin Avropadakı bu təsisatının Bakıda da bürosunun fəaliyyət göstərməsi birliyimizi daha da gücləndirir və əməkdaşlığımızın inkişafına zəmin yaradır”.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu