Fransa hökuməti istefaya göndərildi
Fransa parlamenti Mişel Barnye hökumətini istefaya göndərib.
BEY.AZ xəbər verir ki, parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı fikir ayrılığı yaşanıb. Məlumata görə, hökumətə dəstək verən sağçılar dəstəyini geri çəkib. Buna görə də, baş nazir Mişel Barnierin hökuməti ilə bağlı etimad səsverməsi keçirilib. Hökumətin istefaya getməsi üçün 577 deputatdan 289-nun səsi lazım idi. Etimadsızlıq səsverməsini isə 331 deputat dəstəkləyib.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində solçular qalib olmuşdu. Mişel Barnye Prezident Emmanuel Makron tərəfindən vəzifəyə gətirilmişdi. Lakin mütləq səs çoxluğu əldə edə bilməyən hökumət parlamentdə qanunvericilik fəaliyyətini davam etdirmək üçün sağçı deputatlarının əməkdaşlığına ehtiyac duydu.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |