fbpx

Azərbaycan İstanbul İqtisadiyyat Sammitində iştirak edir

Rüya Yorumları burda


Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə iki gün davam edəcək “Süni zəka və iqtisadiyyat” mövzusunda 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edir.

Bu barədə BEY.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Dövlət və özəl sektor nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən E. Əliyev sürətlə dəyişən dünyada dayanıqlı və davamlı inkişaf üçün innovasiya və qabaqcıl texnologiyaların tətbiqinin, həmçinin dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. O, 8-ci İstanbul İqtisadiyyat Sammitinin texnologiya, süni intellekt və Sənaye 4.0 sahələrində əməkdaşlıq üçün mühüm platforma olduğunu qeyd edib.

Bununla yanaşı, tədbirdə Azərbaycanda keçirilən COP29-un dayanıqlı gələcək üçün yaratdığı yeni imkanlar diqqətə çatdırılıb. Ölkədə inklüziv iqtisadiyyatın inkişafı, dövrün tələblərinə uyğun insan kapitalının formalaşdırılması və müasir biliklərin təşviqi istiqamətində atılan addımlar barədə məlumat verilib. E.Əliyev çıxışında Dördüncü Sənaye İnqilabı texnologiyalarının sahibkarlıq fəaliyyətinə tətbiqinin genişləndirilməsi, startapların təşviqi və şirkətlərin rəqəmsal transformasiyasına dəstək mexanizmlərini vurğulayıb.

Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə hazırlanmış strategiyanın rəqəmsal bacarıqların artırılması və iqtisadiyyatın bütün komponentlərinin inkişafına xidmət edəcəyi qeyd olunub.

Rüya tabirlerini burdan oku

Sammit çərçivəsində turizm, səhiyyə, energetika, tikinti və digər sahələrin rəqəmsallaşması, innovasiya və süni intellektin təsirləri ilə bağlı panel sessiyalar keçirilir. Bundan başqa, rəqəmsal həllərin təqdim olunduğu sərgilər təşkil edilir və dövlət-özəl sektor nümayəndələri arasında görüşlər keçirilir.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu