fbpx

Makron Mişel Barnierin istefasını qəbul etdi

Rüya Yorumları burda


Fransa Prezidenti Emmanuel Makron parlamentdə hökumətə etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin istefasını qəbul edib.

BEY.AZ xəbər verir ki, müxalifətin dəstəklədiyi etimadsızlıq səsverməsindən sonra hökumət istefaya gedib. Baş nazir Barnier Yelisey sarayında istefa ərizəsini prezident Makrona təqdim edib.

Qeyd edək ki, baş nazir Mişel Barnierin Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini aktivləşdirərək tibbi sığorta büdcəsini parlamentdə səsverməyə çıxarmadan keçirməyə icazə verib. Baş nazirin bu addımına reaksiya verən Yeni Xalq Cəbhəsi ittifaqı və ifrat sağçılar hökumətə qarşı etimadsızlıq təklifi təqdim ediblər. Parlamentdə keçirilən səsvermədə 331 deputat etimadsızlıq təklifini dəstəkləyib. Yeni baş nazir təyin olunana qədər Barnier və onun kabineti heç bir siyasi qərar qəbul etmədən hökumətin gündəlik işlərini idarə etməyə davam edəcək.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu