Suriyada gərginlik buna görə artdı
Suriyada siyasi həll istiqamətində gərginliyi azaltma səyləri ilə bağlı uğursuzluğun acı nəticələri ilə üzləşirik.
BEY.AZ xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə açıqlama verib. Quterreş Suriyadakı hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib ki, BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısında olan Heyət Təhrir əş-Şam və digər silahlı qüvvələrin başçılıq etdiyi üsyançıların hücumu nəticəsində cəbhə xəttində əhəmiyyətli dəyişikliklər baş verib. Quterreş bütün tərəflərin beynəlxalq hüquqa uyğun olaraq mülki insanları qorumaq məcburiyyətində olduğunu bildirib.
Qeyd edək ki, Suriyada üsyançılar Suriya ordusunun nəzarətindəki bir sıra əraziləri ələ keçirib. Üsyançılar bəyan edib ki, onların hədəfi paytaxt Dəməşqə daxil olmaqdır. Həma nəzarət altına alınarsa, üsyançıların Dəməşq istiqamətində irəliləməsi üçün əngəl qalmayacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |