Dillər Universiteti dilçilik sahəsində daha bir mötəbərbeynəlxalq layihəni həyata keçirib
Azərbaycan Dillər Universiteti dilçilik sahəsində daha bir mötəbər
beynəlxalq layihəni həyata keçirib.
Ötən tədris ilinin fevral-may aylarında ADU- nun magistratura səviyyəsi üzrə təhsil alan bir qrup tələbəsinə Pakistanın
Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin birgə razılaşması
əsasında 45 saatlıq təlim təşkil olunmuşdur. Təlim Sənaye Əlaqələri və Rəqəmsal
Media şöbəsinin direktoru Dr. Aamir Wali və Dr.Summaira Safraz tərəfindən
keçirilmişdir. Təlimin Azərbaycan tərəfindən təşkilatçısı Beynəlxalq əlaqələr üzrə
prorektor dosent Jalə Qəribova və Magistratura şöbəsinin müdiri dosent Firuzə
Rzayeva olmuşdur.
Təlimin əsas məqsədi əmək bazarına müasir mütəxəssis
hazırlığında Kompüter dilçiliyi, dil və texnologiyanın kəsişməsində yeni yönlər,
həmçinin tək dilin öyrənilməsi və ya istifadəsi deyil, həm də milli dillərin qlobal
rəqəmsal mühitdə qorunması və inkişaf etdirilməsi üsullari, müasir dil
texnologiyalarının inkişafı, süni intellekt və dil emalı sahəsində əldə olunan
nailiyyətlərin müzakirəsi, eləcə də Azərbaycan dilinin rəqəmsal mühitdə
möhkəmləndirilməsi idi.
Həmçinin onlara müstəqil olaraq tərcümə proqramlarının
inkişafı və optimallaşdırılması, Azərbaycan dilinin süni intellekt sistemlərinə
inteqrasiyası, dil texnologiyalarında dərin öyrənmə modellərinin tətbiqi və korpus
dilçiliyinin dilin əsas hissəsi olduğu, dilçilik üzrə müxtəlif aspektləri, multimodal
dil emalı,bəzi xüsusi dil proqramları, həmçinin hesablama dilçiliyinin incəlikləri
ətraflı tədris olunub.Təlimdə yerli ve beynəlxalq alimlərin təcrübədən müqayisəli
şəkildə faydalanmaq üçün geniş imkanlar yaradılmışdır.
Təlimin yekunu olaraq sertifikatların təqdim olunmasında professor Dr. Aamir Vali Azərbaycan Dillər
Universitetinin qonağı olmuş ve qeyd etmişdir ki, magistratura səviyyəsi üzrə
təhsil alan tələbələrin bu sahədə olan potensialını yüksək qiymətləndirir, gələcəkdə
birgə layihələr üçün əməkdaşlıq niyyətində olduqları vurğulandı. Onun sözlərinə
görə, kompüter dilçiliyi sahəsində ADU-da çox böyük imkanlar mövcuddur və bu
tədbir həmin potensialı üzə çıxarmaq üçün başlanğıc addım hesab olunur.
Süni intellekt, texnologiya və dilçilik sahəsində ADU-nun mövqeyini gücləndirmək və
gələcəkdə daha genişmiqyaslı layihələrə imza atmaq üçün mühüm əhəmiyyət kəsb
edir.