fbpx

“Qalatasaray”dan Messi ilə bağlı inanılmaz həmlə

Rüya Yorumları burda


“Qalatasaray”ın skaut komandası müqaviləsi 2025-ci ildə başa çatacaq ulduzlarla bağlı hesabat hazırlayıb.

BEY.AZ xəbər verir ki, hesabatda Lionel Messi ilə bağlı detallar da yer alıb. Məlumata görə, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun müqaviləsi 2025-ci il mövsümündə başa çatacaq futbolçularla bağlı istədiyi hesabatda Messinin kluba transferinin mümkünlüyü qeyd edilib. Hesabatda deyilir ki, “İnter Mayami”də çıxış edən Messi 2026-cı il dünya çempionatında oynamaq istəyir. Bildirilib ki, “İnter Mayami”, müqaviləsi 2025-ci ildə çatacaq argentinalı futbolçu üçün yeni müqavilə hazırlayır. Lionel Messi ABŞ MLS Liqasında çıxışını davam etdirəcəyi təqdirdə dünya çempionatına fiziki cəhətdən hazır olmayacağına hesab edir. Çünki ABŞ Liqası, Çempionlar Liqası və ya Avropanın hər hansı digər liqasının sərtlik səviyyəsindən uzaqdır. Messi hesab edir ki, ABŞ liqası daha çox şou üçündür. Bu səbəbdən o, 2026-cı il dünya çempionatına qədər bir mövsüm Avropada oynamaq istəyə bilər. “Qalatasaray”da Messinin bu istəyindən istifadə etmək istəyir.

Əvvəllər ABŞ Liqasında oynamış bir çox oyunçu Stiven Cerrard, Frank Lampard, Andrea Pirlo, Devid Bekhem, Kaka Leite, Zlatan İbrahimoviç və Tyerri Anri böyük turnirdə iştirak etmək üçün Avropaya qayıdıb.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu