fbpx

Müxalifət Makronu istefaya çağırdı

Rüya Yorumları burda


Fransada hökuməti devirən müxalifət, Prezident Emmanuel Makronun da istefasını tələb edir.

BEY.AZ xəbər verir ki, müxalifət ölkədəki siyasi böhrana görə Makronun məsuliyyət daşıdığını irəli sürür. Makronun istefa verməyəcəyini elan etməsinə baxmayaraq, müxalifət israr edir. Barnier hökumətinin devrilməsinə töhfə verən solçu ittifaqda yer alan partiya üzvü Erik Kokerel diqqətçəkən açıqlamalar verib. Parlament üzvü BFMTV kanalına müsahibəsində bildirib ki, Makron istefa verməsə siyasi gərginlik səngiməyəcək. Solçu ittifaqın digər nümayəndəsi Alma Dufour da Makronu istefaya çağırıb. Onun sözlərinə görə, Makron, həmişə olduğu kimi, fransızların yaşadığı böhrandakı rolunu qəbul etməkdən imtina edir. Makronun yeni baş nazir təyin edəcəyini açıqladığını xatırladan Dufour, sosial media hesabında, “Növbəti hökumət devriləndə görüşərik” – deyə paylaşım edib.

Qeyd edək ki, Fransada baş nazir Mişel Barnier hökuməti Milli Assambleyada etimadsızlıq səsverməsi ilə istefaya göndərilib.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu