Azərbaycanın NATO-dakı təmsilçisi slovakiyalı həmkarı ilə görüşdü
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə slovakiyalı həmkarı Marek Varqa ilə Mərkəzi Avropa ölkəsinin Bakı üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə edib.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəsi
C.Hüseynzadə görüşə isveçli həmkarının da qatıldığını bildirib: “Slovakiyanın NATO-dakı daimi nümayəndəsi səfir Marek Varqa ilə Slovakiyanın Azərbaycan üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə etmək üçün İsveçin NATO-dakı daimi nümayəndəsi ilə birlikdə görüşməkdən məmnun oldum”.
“Biz Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun başçılıq etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, enerji təhlükəsizliyinə dəstəyi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticəsi, regional normallaşma prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan – NATO tərəfdaşlığı çərçivəsində əlaqələndirici səfirliyin rolu barədə səmərəli müzakirə apardıq”, – o qeyd edib.
Xatırladaq ki, ötən ayın sonu Azərbaycanın NATO-nun SNT Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |