Daha bir şəhər üsyançıların nəzarətinə keçdi
Suriyada üsyançılar 2011-ci ildə Prezident Bəşər Əsədə qarşı üsyanın simvolik məkanı hesab edilən Dəra şəhərinə nəzarəti ələ keçiriblər.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bununla da hökumət ordusunun son bir həftədə dördüncü şəhəri itirdikləri qeyd olunur. Üsyançıların bildirdiklərinə görə, hökumət qoşunları 100 kilometr şimalda yerləşən Dəməşqə təhlükəsiz keçid imkanı verən razılaşma çərçivəsində şəhəri tərk etməyə razılaşıblar.
Suriya rəsmiləri və ordusundan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 13 il əvvəl müharibə başlayana qədər Dəranın 100 mindən çox əhalisi olub və təxminən bir milyon insanın yaşadığı eyniadlı vilayətin paytaxtı kimi mühüm rol oynayıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |