Trampdan vacib Suriya açıqlaması – Müdaxilə etməməlidir…
“ABŞ Suriyaya müdaxilə etməməlidir”.
BEY.AZ xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, Suriyada xaos hökm sürür: “Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Qoy, nə olursa olsun, əsla müdaxilə etməyin”.
D.Tramp Suriyadakı vəziyyətə müdaxilə etməməklə bağlı hazırkı Cozef Bayden administrasiyasına xəbərdarlıq edib.
Siyasətçi, həmçinin qeyd edib ki, Suriyadakı müxalifət çox ciddi uğur əldə edib: “Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.
D.Tramp onu bildirib ki, Rusiya indi Suriyaya kömək etmir: “Görünən odur ki, Ukraynada 600 min hərbçi itirən Rusiya uzun illərdən bəri dəstəklədiyi Suriyaya indi kömək edə bilmir”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |