Tramp Ukraynanın bu təklifini soyuq qarşıladı
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ-ın yeni Prezidenti Donald Trampın komandasına ölkə sərhədlərini 2022-ci ildəki vəziyyətə qaytaranadək müharibəni davam etdirməyi təklif edib.
BEY.AZ xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Görüşdə prezidentin gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals və Tramp tərəfindən Rusiyanın Ukraynadakı müharibəsi üzrə xüsusi elçi vəzifəsinə namizədliyi irəli sürülən Keyt Kelloq iştirak edib.
“Bundan başqa, Yermak Trampın komandasına Ukraynanın NATO-ya daxil olmasını təmin etməyi təklif edib. Lakin bu təkliflər soyuqqanlılıqla qarşılanıb”, – məlumatda qeyd olunub.
ABŞ həmçinin cəbhədəki vəziyyətlə bağlı təqdim olunan durum arasında uyğunsuzluğun olduğunu bildirib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |