Aİ altı ay ərzində dağıla bilər
Avropa Birliyi Fransa və Almaniya kimi böyük üzv dövlətlərin eqoistliyi ucbatından altı ay ərzində dağa bilər.
BEY.AZ xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “STVR” ictimai yayımının “Şənbə dialoqları” proqramında deyib.
“Avropa İttifaqının başına gələnlərə təəccüblənməyək, mən qorxuram ki, bu böyük icmada ölkələrinin eqoist milli məqsədləri naminə mənfi dəyişikliklər baş verər. Aİ altı ay ərzində kart evi kimi dağıla bilər”, – deyə baş nazir bildirib.
Onun sözlərinə görə, böyük Aİ ölkələri öz maraqlarını daha üstün tutmamalı, suveren ölkələrdə keçirilən seçkilərin nəticələrinə, kursu ictimaiyyətin fikirlərindən fərqli olan siyasi qüvvələr qalib gələrsə, onlara hörmətlə yanaşmalıdır.
“Mən Aİ-də Slovakiyanın milli maraqlarını çox qətiyyətlə müdafiə edəcəyəm”. O, Slovakiyaya zərər verə biləcəyi təqdirdə Avropa Şurası tərəfindən təsdiq üçün təqdim olunacaq təkliflərə veto qoymağa hazırdır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |