fbpx

​Xudatda sakinlərə niyə qaz verilmir?

Rüya Yorumları burda


130 yaşayış evinin olduğu Xudatın 4-cü şöbəsinin sakinləri mavi yanacaq üzünə həsrətdirlər.

BEY.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, indi əraziyə qaz xətti çəkilsə də, ortaya başqa bir problem çıxıb.

Sakinlərin sözlərinə görə, qaz xətləri bir il öncə çəkilib. Ancaq 4-cü şöbə sakinlərinin çıxarışları olmadığı üçün sayğac almaqda çətinlik çəkirlər. Çünki evlərin sənədləri yoxdur. Yeni qaydalara əsasən artıq fərdi yaşayış evlərinə hər hansı sayğacın quraşdırılması üçün rəsmi sənədlərin olması vacibdir.

Sakinlərin iddiasına görə, podratçı şirkət 24 şəxsdən pul yığıb.

Ancaq yarımçıq qalan işlər başa çatdırılmayıb.

Rüya tabirlerini burdan oku

“Azəriqaz” İstehsalat Birliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, məsələdən agahdırlar.

Belə olan halda vətəndaşlar əvvəlcə mənzillərinə çıxarış alıb sonra “Azəriqaz”a müraciət etməlidirlər.

Ətraflı süjetdə:











ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu