Adı “Qalatasaray”la hallanan Salah qərarını verdi
“Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq Məhəmməd Salahın adı bir sıra klublarla hallanır.
BEY.AZ xəbər verir ki, futbolçunun xidmətində Səudiyyə Ərəbistanı klublarının, “Qalatasaray”ın və Avropa klublarının maraqlı olduğu irəli sürülür. İddialara görə, Salah Səudiyyə Ərəbistanı klublarının fantastik təkliflərinə baxmayaraq, “Liverpul”da qalacaq. “Mirror”da yer alan xəbərə görə, İngiltərə komandası futbolçu ilə yeni müqavilə ilə bağlı razılığa gəlib. Tərəflərin detalları razılaşdırdığı irəli sürülür. Salahın 2 illik müqavilə imzalayacağı bildirilib. İddia edilir ki, Salah “Liverpul”un bu mövsüm sərgilədiyi oyundan sonra klubda qalmağa qərar verib.
Qeyd edək ki, “Liverpul” İngiltərə çempionatına liderlik edir. İngiltərə nəhəngi 15 turdan sonra 35 xal toplayıb. İkinci yerdə bir oyun çox keçirərək, 31 xal toplayan “Çelsi” qərarlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |