Mourinyo ulduz futbolçunu gətirmək üçün onu qurban “verdi”
“Fənərbaxça” mövsümün fasiləsində Anderson Taliskanı heyətə cəlb edə bilər.
BEY.AZ xəbər verir ki, “Fənərbaxça” həm futbolçu, həm də “Əl-Hilal”la danışıqlar aparır. “Todo Fichajes”in xəbərinə görə, futbolçu “Fənərbaxça”nın təklifinə razılıq verib. Lakin tərəflərin razılaşmalı olduğu məsələlər var. İddia edilir ki, “Fənərbaxça” futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir. Lakin “Əl-Hilal” transfer haqqı tələb edərsə, “Fənərbaxça” En-Nesirinin Ərəbistan komandasına transfer olunmasına razılıq verəcək. Bu transfer 40 milyon avroya reallaşa bilər. En-Nesirinin komandadan ayrılacağı təqdirdə onun yerinə alınacaq futbolçu da məlumdur. Bildirilir ki, “Fənərbaxça” En-Nesiridən sonra yaranacaq boşluğu Aleksandr Mitroviçlə doldurmaq istəyir.
Qeyd edək ki, Anderson Taliska “Əl-Hilal”la 61 matçda 58 qola imza atıb, 11 məhsuldar ötürmə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |