”Qalatasaray” təmtəraqla gətirdiyi ulduz futbolçunu göndərir
“Qalatasaray” ulduz futbolçunu klubdan göndərmək istəyir.
BEY.AZ xəbər verir ki, baş məşqçi Okan Buruk Hakim Ziyeçin mövsümün fasiləsində başqa kluba göndərilməsi barədə təlimat verib. Məlumata görə, Okan Burukun komandadan ayrılması üçün irəli sürdüyü ilk futbolçu Hakim Ziyeçdir. “Dailysports”un məlumatına görə, Okan Buruk Hakim Ziyeçə forma şansı vermək istəmir. Bildirilir ki, məşqçilər heyəti sağ cinah mövqeyində Yunus Akgünü əsas oyunçu kimi qeyd edib. Məlumata görə, Hakim Ziyeç 2025-ci il Afrika Millətlər Kubokunda Mərakeş yığmasının heyətində forma geyinmək istədiyi üçün əsas heyətdə yer alacağı kluba transfer olmaq istəyir.
Qeyd edək ki, Hakim Ziyeç bu mövsüm “Qalatasaray”ın heyətində 10 matçda 317 dəqiqə meydanda olub, 1 məhsuldar ötürmə ilə çıxış edib. Ötən mövsüm Ziyeç 23 matçda ümumilikdə 1334 dəqiqə meydanda olub və 8 qola imza atıb, 4 məhsuldar ötürmə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |