Prezident SOCAR-la bağlı sərəncam imzaladı
Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.
BEY.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.
Bu qərar “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.
İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |