fbpx

İranın Suriyada silahlı qüvvələri qalmayıb

Rüya Yorumları burda

Əsəd rejiminin süqutundan sonra İranın Suriyada heç bir silahlı varlığının olmadığını bildirib.

BEY.AZ xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Salami belə açıqlama verib. Məlumata görə, Salami İran parlamentində Suriyadakı son hadisələr və İranın hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib. Salami, İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd rejiminin süqutuna qədər Suriyada olduğunu bildirsə də, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını vurğulayıb. Görüşdə bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib. Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.

Qeyd edək ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Suriyada ordusu da bölgəni tərk edib. İran və Suriya qüvvələri Bəşər Əsədin çağırışından sonra Suriyaya daxil olmuşdu.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu