Zeynəb Xanlarovadan Yeni il sürprizi
Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcək.
BEY.AZ modern.az-a istinadən xəbər verir ki, Zeynəb Xanlarova AzTV-dəki çəkilişlərin məşqlərinə qatılıb.
Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi.
Zeynəb Xanlarova sonuncu dəfə ictimaiyyət arsına bu ilin mayında Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb. Xalq artisti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |