Qonşular arasında mübahisə qanla bitdi
Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırması davam etdirilir.
Qeyd edək ki, hadisənin qonşular arasında baş verdiyi bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |