Bu oyunda qələbə olmasa Mourinyo qovula bilər
“Beşiktaş”a 0-1 hesablı məğlubiyyətdən sonra “Fənərbaxça”da Joze Mourinyonun qovulması müzakirə edilir.
BEY.AZ xəbər verir ki, prezident Ali Koç klubun uğursuz oyunundan narazıdır və Mourinyonun istefaya göndərilməsini nəzərdən keçirir. “Qalatasaray”ın səfərdə “Sivasspor”u 3-2 hesabı ilə məğlub etməsindən sonra liderdən 6 xal geri düşən “Fənərbaxça”nın böyük matçlarda qalib gələ bilməməsi diqqət çəkib. Portuqaliyalı çalışdırıcının liqanın ilk 5-liyindəki komandaları məğlub edə bilməməsi tənqid mövzusu olub. “Diario AS”da yer alan xəbərə görə, “Fənərbaxça” UEFA Avropa Liqasında “Atletik Bilbao”nu məğlub edə bilməsə, rəhbərlik Joze Mourinyonu qova bilər.
Qeyd edək ki, Joze Mourinyo “Fənərbaxça”nın rəhbərliyi altında indiyədək 23 oyuna çıxıb. Portuqaliyalı çalışdırıcı bu görüşlərdə 14 qələbə, 5 heç-heçə və 4 məğlubiyyətlə orta hesabla 2,04 xal toplaya bilib. Mourinyonun “Fənərbaxça” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |