Bakı-Sumqayıt yolunda tıxacın həll yolu var
İllərdir Bakı-Sumqayıt yolunda tıxaclar olur. Sözügedən yol Azərbaycan ən böyük 4 şəhərindən 3-nü – Bakı, Xırdalan və Sumqayıtı bir-birinə bağlayır. Digər tərəfdən, şimal rayonlarının paytaxta giriş istiqaməti də məhz həmin yoldandır.
Dəfələrlə yolun gediş və gəliş hissələrində genişləndirmə işləri görülsə də, tıxac problemi hələ də qalmadadır.
BEY.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sözügedən tıxacın aradan qaldırılması mümkündür:
“Bakı-Sumqayıt yolu paytaxta giriş-çıxış nöqtələri arasında ən problemli olanlardan biridir. Çünki paytaxtın şimalında bir giriş var ki, məhz oradan mütəmadi istifadə edilir. Ancaq həmin yol bu gün tələbatı ödəyə bilmir.
Həmin ərazidə tıxacın mütəmadi möcudluğu adət halını alıb. Vətəndaşlar Bakı-Sumqayıt yolunda tıxacın həll oluna bilməyəcəyini zənn edirlər. Lakin bu qətiyyən belə deyil. Hər bir problemin bir çıxış yolu var”.
Ekspertin fikrincə, Bakı-Sumqayıt yoluna alternativlər hazırlanmalıdır:
“Bu məsələ ilə bağlı mən də layihə hazırlamış və bunu ictimaiyyətə təqdim etmişdim. Həmin layihənin əsas prinsipi Bakı-Sumqayıt yoluna alternativin və alternativlərin dəyərləndirilməsi idi.
Bu mövzuda digər bütün təklifləri alqışlayırıq. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə real işlər görüləcək və problemli məsələlər öz həllini tapacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |