Bu klub Arda ilə danışıqlara başladı
“Real Madrid”in futbolçu Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.
BEY.AZ xəbər verir ki, “Bayer Leverkuzen” mövsümün fasiləsində Ardanı icarəyə götürmək istəyir. “Sky Sports”da yer alan xəbərə görə, “Bayer Leverkuzen” futbolçunu heyətində qatmaq üçün onunla artıq təmaslar qurub. Bildirilir ki, alman klubu Ardanın ailəsi və meneceri ilə danışıqlara başlayıb. Qeyd edək ki, dünyaca məşhur italyan jurnalist Fabrizio Romano Ardanın növbəti mövsümdə “Real”da qalmaq istədiyini açıqlamışdı. Onun sözlərinə görə, həm klub rəhbərliyi həm də işçiləri Ardanın istedadına güvənir. Məlumata görə, klub rəhbərliyi Ardanın klubda mühüm fiqur olacağını hesab edir.
Xəbərdə deyilir ki, Arda üçün bir sıra təkliflər olsa da, onun başqa kluba transferi mümkün deyil. Arda Güler bu mövsüm “Real Madrid”də ilk qoluna “Jirona” ilə səfər matçında imza atıb. Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 18 oyun keçirib. Ulduz futbolçu 18 qarşılaşmada 578 dəqiqə meydanda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |