Fransua Bayru Fransanın baş naziri təyin edildi
Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni baş naziri təyin edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Yelisey sarayı”ından məlumat verilib.
Fransua Bayruya hökuməti formalaşdırmaq tapşırılıb.
Qeyd edək ki, mərkəzçi siyasətçi Fransua Bayru “Demokratik Hərəkat” partiyasının lideridir.
O, iki dəfə nazir vəzifəsini tutub: 1993-1997-ci illərdə təhsil naziri, 2017-ci ildə isə ədliyyə naziri olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |