“Bakı Sığorta”nın lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı Sığorta ASC-nin lisenziyasını ləğv edib.
BEY.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Bakı Sığorta”ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.
Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.
Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları “Bank Respublika” ASC (93,32%) və “Ekolizinq” MMC-dir (6,68%).
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |