fbpx

​Gürcüstanın yeni prezidenti kimdir? – DOSYE

Rüya Yorumları burda

Bu gün, dekabrın 14-də hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının namizədi Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

BEY.AZ BEY.AZ-a istinadən yeni seçilmiş prezidentin tərcümeyi-halını oxuculara təqdim edir:

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub.

Uşaqlıqdan futbolla məşğul olub. Peşəkar futbolçu karyerasına Tbilisinin “Lokomotiv” klubunda başlayıb.

Rüya tabirlerini burdan oku

1988-1995-ci illərdə “Dinamo” (Tbilisi) futbol klubunda çıxış edib və komandanın tərkibində bir neçə dəfə Gürcüstan çempionu olub.

O, Gürcüstan millisində çıxış edib (1991-2002), 45-ə yaxın oyun keçirib.

1995-ci ildə Rusiyanın “Spartak-Alaniya” (Vladiqafqaz, Şimali Osetiya) futbol klubuna keçib, bu klubun tərkibində Rusiya çempionu olub.

1996-1997-ci illərdə İngiltərənin “Mançester Siti” klubunda çıxış edib. 1997-ci ildə “Mançester Siti” Mixail Kavelaşvilini İsveçrənin “Qrasshopper” klubuna icarəyə verib və o, bu klubun heyətində 1997/1998 mövsümündə İsveçrə çempionu olub.

1999-2004-cü illərdə o, “Sürix” və “Lütsern” də daxil olmaqla bir neçə İsveçrə klubunda çıxış edib.

2004-cü ildə yenidən icarə əsasında Vladiqafqazın “Alaniya” klubunda çıxış edib.

2005-2006-cı illərdə İsveçrənin “Bazel” futbol klubunun uğurları üçün çalışıb, bundan sonra peşəkar futbolçu karyerasını başa vurub. Sonra məşqçi olmaq üçün xüsusi kurslara qatılara C, ardınca B kateqoriyasına yiyələnib.

2009-cu ildə Gürcüstanda Beynəlxalq Peşəkar Futbolçular Federasiyasını təsis edib, hazırda federasiyanın fəxri prezidentidir.

2016-cı ildən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından Gürcüstan parlamentinin üzvüdür. 2016-2020-ci illərdə ölkənin İdman və Gənclər Komitəsinə rəhbərlik edib.

O, 2022-ci ilin iyununda “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını və parlament fraksiyasını tərk edib.

2022-ci ilin avqustunda Mixail Kavelaşvili parlamentdə çoxluq təşkil edən, daha sonra isə siyasi qüvvəyə çevrilən “Xalqın Gücü” təşkilatının yaradıcılarından birinə çevrilir. Qrup üzvləri Gürcüstanın Avropa və NATO-ya inteqrasiya kursunu ümumi dəstəkləmələrinə baxmayaraq, dəfələrlə kəskin anti-Qərb bəyanatları, o cümlədən Qərbin Gürcüstana ənənəvi dəyərlərdən kənar ideyalar tətbiq etmək cəhdlərinə qarşı çıxış ediblər.

2023-cü ilin yazında “Xalqın Gücü” xarici agentlərlə bağlı səs-küylü qanun layihəsinin təşəbbüskarı olub.

2024-cü ilin martında “Xalq Gücü” partiya kimi qeydə alınıb. Onun siyasi katibi vəzifəsini Mixail Kavelaşvili icra edib. 2024-cü il oktyabrın 26-da “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının siyahısı ilə Gürcüstan parlamentinin deputatı seçilib.

2024-cü il noyabrında “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası dekabrın 14-nə təyin edilmiş Gürcüstanda keçiriləcək prezident seçkisində Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. O, ölkə prezidenti postuna yeganə namizəd olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu