Rusiya tankeri batdı
Rusiyanın “Volqaneft” tankeri Kerç boğazında fəlakətə uğrayıb.
BEY.AZ TASS-a istinadən, bu barədə təcili yardım xidmətləri məlumat verib.
Agentliyin həmsöhbəti bildirib ki, “fırtına şəraitində [4 ton mazut daşıyan] tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir”.
O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |