ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu Yaxın Şərqə gəldi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Truman” hərbi nüvə gəmisinin başçılıq etdiyi zərbə qrupu Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.
BEY.AZ BEY.AZ-a istinadən xəbər verir ki, bu barədə komandanlığın “X” sosial şəbəkəsindəki hesabında dərc olunan məlumatda bildirilir.
Məlumata görə, bölgəyə aviadaşıyan gəmi ilə yanaşı esmines eskadrilyası, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ticonderoga” sinifli idarə olunan raket kreyseri və iki “Arleigh Burke” sinifli idarə olunan raket esminesi də gəlib.
“Zərbə qüvvəsi regional sabitliyi və təhlükəsizliyi təmin etmək üçün yerləşdirilib”, – CENTCOM bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |