Dəm qazı yenə can aldı
Şirvanda bir həftə əvvəl dəm qazından zəhərlənən 22 yaşlı gənc xəstəxanada ölüb.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 9-da Şirvan şəhərində kənd evləri massivində yerləşən yaşayış evində qeydə alınıb.
Şirvan sakinləri, 2002-ci il təvəllüdlü Səfərov Yusif Varis oğlu və 2004-cü il təvəllüdlü Umudova Nazilə Vüqar qızı dəm qazından zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Onların hər ikisi komatoz vəziyyətdə xəstəxanaya daxil olub və süni tənəffüs aparatına qoşulub.
Sonradan hər iki xəstə paytaxtda toksikologya şöbəsinə yerləşdirlib.
İntensiv müalicələrə baxmayaraq 22 yaşlı Yusif Səfərovun həyatını xilas etmək mümkn olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |