Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılır
Bu gündən etibarən Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılır.
BEY.AZ xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, paytaxt Bakı şəhərində və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |