fbpx

“Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvanda könüllülər üçün təlim keçirildi

Rüya Yorumları burda

Dekabrın 16-da “Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında könüllülər üçün “Media Savadlılığı” mövzusunda təlim keçilib.

BEY.AZ xəbər verir ki, təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova bildirib ki, müasir dövrdə xüsusilə gənclər sosial medianın və müxtəlif rəqəmsal platformaların fəal istifadəçiləri olaraq məlumatı operativ formada qəbul edərək paylaşırlar, bu səbəbdən onların düzgün və etibarlı informasiyanı ayırd edə bilmələri, həmçinin dezinformasiyalardan qorunmaları üçün media savadlılığı böyük önəm kəsb edir.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd həssas istifadəçi qrupu hesab edilən gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təminində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.

Təlimin sonunda könüllülərə sertifikatlar təqdim edilib.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu