İsrail İrlandiyadakı səfirliyini bağlayır
İsrail İrlandiyadakı səfirliyini bağlayacağını açıqlayıb.
BEY.AZ xəbər verir ki, İsrail İrlandiyanın ona qarşı açılan soyqırım iddiasına müdaxilə edəcəyini açıqladığına görə belə həmlə edib. İsrailin xarici işlər naziri Gideon Saarın açıqlamasına görə, İrlandiyanın həmləsindən sonra İsrail Dublindəki səfirliyini bağlayır.
Qeyd edək ki, Cənubi Afrika Respublikası Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldırıb. Bəzi ölkələr bu iddiaya dəstək verib. Bundan əvvəl, İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Maykl Martin Fələstin dövlətini rəsmən tanıdığını açıqlamışdı. Təl-Əviv rəhbərliyi İrlandiyanın Fələstin dövlətini tanımasına cavab olaraq səfirini geri çağırmışdı. Gərginlikdən sonra tərəflər əlaqələri bərpa etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |