“Apple”ın süni intellektinin səhvi gündəm oldu
“Apple”ın yeni süni intellekt xidməti “Apple Intelligence” İngiltərədə istifadəyə verildikdən sonra müzakirələrə səbəb olub.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, xidmətin yanlış xəbər xülasələri təqdim etməsi BBC-nin ciddi reaksiyasına səbəb olub.
“Apple Intelligence” gündəmdəki xəbərləri oxuyaraq istifadəçilərə qısa xülasə şəklində təqdim edir. Belə ki, BBC-yə aid bir xəbərdə səhv şərh ortaya çıxıb. Süni intellekt hücum zamanı “bu proses məni öldürəcəkdi” ifadəsindən yanlış nəticə çıxararaq hadisəni intihar kimi şərh edib. Xülasədə isə “hücum edən özünü vuraraq intihar etdi” kimi tamamilə yalan məlumat yer alıb.
BBC yanlışlığı dərhal “Apple”a bildirərək düzəliş olunmasını tələb edib. Baş vermiş hadisə süni intellektin real xəbərləri səhv təhlil etməklə böyük miqyaslı problemlərə yol aça biləcəyi təhlükəsini yenidən gündəmə gətirib.
Mütəxəssislər bildirir ki, bu kimi yanlış xülasələr dünya miqyasında ajiotaj yarada bilər. Məsələn, süni intellekt “İğtışaşçılar parlamentə basqın edərək nazirləri öldürdü” kimi saxta xəbəri milyonlarla istifadəçiyə göndərsə, maliyyə bazarlarında çöküşlər və sosial xaos baş verə bilər.
Eyni zamanda bu hadisə gündəlik həyatımızı tamamilə süni intellektə etibar etməyin təhlükələrini ortaya qoyur. “Tesla” avtomobillərinin süni intellekt idarəsində qəzaya səbəb olması və maddi zərərlə nəticələnən hadisələr də bu mövzuda əlavə nümunə kimi göstərilə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |