fbpx

Cənubi Koreya ordusu PUA əleyhinə təlimlərə başlayacaq

Rüya Yorumları burda

Cənubi Koreya ordusu dekabrın 19-da şərti düşmənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə ilə bağlı təlimlərə başlayacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

“Dekabrın 19-da günortadan sonra silahlı qüvvələr Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında Şimali Koreyanın kiçik dronlarla hücumunun qarşısını almaq vərdişlərini təkmilləşdirmək məqsədilə təlimlər başlayacaq”, – deyə məlumatda bildirilir.

Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri komandanlıqlarının iştirakı ilə keçiriləcək təlimlər zamanı Cənubi Koreya ordusu şərti hədəfləri aşkarlamalı, izləməli və məhv etməlidir.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, 2022-ci ilin sonlarında KXDR-dən buraxıldığı güman edilən beş PUA Koreya Respublikasının hava məkanını pozmuş və onlardan biri hətta Seulun mərkəzindəki prezident administrasiyasına yaxınlaşmağa müvəffəq olmuşdu. O vaxt Cənubi Koreya ordusu PUA-ların qarşısını ala bilməmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu