Suriyadan qaçan Əsədin əsgərləri geri qaytarılır
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İraqa qaçan hərbçilər geri göndərilir.
BEY.AZ xəbər verir ki, bu barədə İraqın Təhlükəsizlik qurumunun sözçüsü Mikdad Miri açıqlama verib. O bildirib ki, İraqa qaçan Əsəd rejiminin əsgərlərinin Suriyaya ekstradisiyasına başlanılıb. Sözçü ekstradisiya prosedurlarının İraqdakı müvafiq qurumlar tərəfindən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, proses Suriya tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Qeyd edək ki, rejim əleyhinə olan üsyançıların hücuma keçməsindən sonra Bəşər Əsədə sadiq hərbçilər geri çəkilmişdi. Bəzi əsgərlər isə mövqelərindən qaçmışdı.
Suriya rejiminin 2 minə yaxın əsgəri Əl-Qaim sərhəd qapısı vasitəsilə İraqa qaçıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr rejimin keçmiş nümayəndələrinə təzyiq edilməyəcəyini açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |