Putin Ukraynada qələbə qazanacaqlarını açıqladı
Rusiya Prezidenti Vladimir Putin Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra ilk dəfə danışıb.
BEY.AZ xəbər verir ki, o, ənənəvi ilin yekunlarına dair toplantısında jurnalistlərin və ictimaiyyətin suallarını cavablandırıb. Dörd saat yarım davam edən toplantıda Putin Rusiyaya sığınan Bəşər Əsədlə hələ görüşmədiyini, ancaq görüşəcəyini bildirib. Putin Əsəd administrasiyasının tez devrilməsinin səbəbinin ordunun döyüşsüz mövqelərini tərk etməsi ilə əlaqələndirib. Putin Suriyadakı Rusiya bazalarının bağlanmayacağını və onlardan humanitar yardım məqsədilə istifadə olunacağını qeyd edib. Vladimir Putin Ukrayna müharibəsindən danışarkən cəbhədəki vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini və əsgərlərin irəlilədiyini bildirib. Qələbənin yaxın olduğunu ifadə edən Putin, Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduqlarını bildirib.
Lakin o, Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyəcəyini bildirib. Putin təxirə salınmış seçkiləri əsasə gətirərərk, Zelenskinin Ukraynanın qanuni prezidenti olmadığını qeyd edib. Putin Ukrayna parlamenti ilə görüşə biləcəyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |