Qərargah rəisi vəzifəsindən azad edildi
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
BEY.AZ bakupost.az-a istinadən xəbər verir ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |