Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Uord ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
BEY.AZ xəbər verir ki, buna səbəb Britaniyanın Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və DİN-in daha 4 əməkdaşına sanksiya tətbiq etməsi olub.
Xatırladaq ki, dekabrın 19-da Böyük Britaniya V.Qomelaurini və Gürcüstan Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarını sanksiya siyahısına daxil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |