fbpx

İki yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

Rüya Yorumları burda

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəli yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandırıb.

BEY.AZ xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumata əsasən, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

Rüya tabirlerini burdan oku

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

– obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib;

– obyektlər “İcbari sığortalar haqqında” Azərbaycan Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu