fbpx

General polkovnikə yüksək vəzifə verdi

Rüya Yorumları burda

Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.

BEY.AZ “Qaynarinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.

Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəzedicisi təyin edilib.

Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.

Rüya tabirlerini burdan oku

O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu